пятница, 24 апреля 2015 г.

İlkin məlumat

Biz 30   li tam orta məktəbin 7-ci sinif şagirdləri fizika müəlliməmizin tapşırıgı ilə  Enerji həyat mənbəyidir  adlı layihəni işləməyi tapşırıgını aldıq.Bu layihəni işləməkdə məqsədimiz enerjinin növlərini,mexaniki enerjinin növlərini bilməkdir.HəmcininYerin cazibə sahəsindəki cismin potensial enerjinin nədən aslı oldugunu,cismin kinetik və potensial enerjisini hansı düsturla hesablandıgını müəyyən etməkdir.

Tədqiqat işlərimiz


Ta qədim zamanlardan bəri insanlar enerji əldə etməyin yollarını axtarırdılar. XVIII   əsrin axırı  XIX    əsrin əvvəllərindənetibarən fizikada elektrik sahəsinin inkişafı nəticəsində telefon,elektrik lampaları,elektrik cərəyanı insanların istifadəsinə verildi.

     XIX   əsrin əvvəllərində Nobel qardaşlarının səyi nəticəsində Bakıda ilk neft quyuları aşkar olundu.Tapılan tapıntı insanlıgın və elmin inkişafında cox böyük  təkan verdi.Neftdən alınan benzin hesabına avtomabillər,təyyarələr daha da təkmilləşdi.Neftdən alınan yanacaq hesabına fabrik və zavodlar inkişaf edərək ,daha cox məhsullar əldə edildi.
    Əgər necə əsr əvvəllər bütün müharibələr dövlətlərin  ərazilərini artırmaq ugrunda baş verirdisə,neftin tapılmasından sonra baş verən müharibələrin  əsasını elə bu elə bu enerji növünü əldə etmək  ugrunda baş verir.Hal-hazırda orta şərqdə ,Azərbaycanda gedən müharibələrin əsasını bu enerji  növünü əldə etmək  təşkil edir.
    1908-ci ildə atomun quruluşunu öyrəndikdən sonra kimya elmində böyük inkişaf baş verdi.Bəzi elementlərin radiaktiv şüa buraxması atom və nüvə enerjisinin əsasını qoydu.Bundan sonra alman alimi Enşteyn atom bombasını yaratdı.Hal-hazırda yaradılan atom stansitalarında atom enerjisi hesabına elektrik enerjisi əldə olunur.Daha sonralar elektrik enerjisini külək enerjisindən,su enerjisindən,günəş enerjisindən əldə etdilər.
   Enerjinin bir sıra növləri var: istilik enerjisi,atom enerjisi,nüvə enerjisi,mexaniki enerji,daxili enerji,elektrik enerjisi.
    Mexaniki enerji--mexaniki hərəkət və qarşılıqlı təsir enerjisidi.
    Təcrübələr göstərir ki,mexaniki işlə enerji arasında əlaqə mövcuddur.Cismin görə biləcəyi işin miqdarı onun enerji  ehtiyatından asılıdır.Yunanca- iş,fəaliyyət deməkdir.Enerji skalyar fiziki kəmiyyətdir və BS-də o mexaniki iş kimi ,coulla(1C) ifadə edilir.
    Qeyd etmək lazımdır ki, hec bir mexanizm hecdən iş görə bilməz.Mexanizmin iş görə bilməsi ücün o müəyyən enerji ehtiyatına malik olmalıdır.Məsələn,saat mexanizmini işə salmaq üçün onun yayını burmaq lazımdır,avtomabil,təyyarəni,kosmik gəmini və digər nəqliyyat vasitələrini hərəkətə gətirmək üçün onllarda yanacaq yandırmalıdır,soyuducunu işə salmaq üçün onu cərəyan mənbəyinə qoşmaq lazımdır,insan özü də enerji ehtiyatlarını bərpa etmək məqsədilə müxtəlif qida məhsullarını qəbul etməlidir.
   Təbiətdə gedən proseslərdə enerjinin bir növündən digər növə çevrilməsi baş verir.Məs:metro qatarı ,zavodvə fabriklərdə müxtəlif dəzgah və maşınlar elektrik mühərrikləri ilə hərəkətə gətirilir.Bu mühərriklər elektrik enerjisini mexaniki enerjiyə çevrilir.
   Təyyarə və kosmik gəmilərdə ,avtomobil və teplovozlarda  və digər nəqliyyat vasitələrində yanacagın daxili enerjisi mexaniki enerjiyə çevrilir.
   Su elektrik stansiyalarında turbinlər yuxarıdan tökülən suyun mexaniki enerjisini elektrik enerjisinə çevirir və s.
   Enerjinin ən mühüm xassələrindən biri onun bir növdən başqa növə çevrilməsi və bu çevrilmə zamanı itməməsidir(saxlanmasıdır).Enerjinin çevrilmə və saxlanma qanunu təbiətin ən mühüm qanunlarından biridir.
   Mexaniki enerji ehtiyatına malik cisim iş görə bilər.Məs:otuncaq tapançada yay sıxılmışdır, lakin  iş görmür. Yay açılarsa, o kürəciyi hərəkət etdirəcək, ış görür.İş görən cismin mexaniki enerjisi dəyişir.
    Mexaniki enerjinin dəyişməsi görülən işə bərabərdir.
    Deməli, iş enerjinin dəyişmə ölçüsüdür. Mexaniki enerji E hərfi ilə işarə olunur.
    İki növ mexaniki enerji vardır: potensial və kinetik enerji.
    Cisimlərin və ya eyni bir cismin hissəciklərinin qarşılıqlı təsiri və vəziyyəti ilə müəyyən olunan enerjiyə potensial enerji deyilir.
     Məsələn: Yer səthindən yuxarı qaldırılmış cisim potensial enerjiyə malikdir, çünki o Yerlə qarşılıqlı təsirdədir.OnaYerin qravitasiya qüvvəsi təsir edir və cismin Yer səthindən olan məsafəsi dəyişdikdə qravitasiya qüvvəsi iş görür.
                                                        A= F h = mgh
     Yerin qravitasiya sahəsindəki cismin potensial enerjisi onun kütləsi, sərbəstdüşmə təcili və Yer səthindən olan hündürlüyü hasilinə bərabərdir      
                                                          E= mgh
       Cismin potensial enerjisinin qiyməti nisbidir- onun qiyməti və işarəsi sıfır səviyyəsinin seçilməsindən asılıdır.Belə səviyyə Yerin səthi , otağın döşəməsi, masanın səthi və s. ola bilər.
        Deformasiyaya uğramış elastiki cisimlər məs. sıxılmış yay da potensial enerjiyə malikdir. Bir çox saat mexanizimləri, müxtəlif oyuncaqlar sıxılmış yayın potensial enerjisi hesabına işləyir. Deformasiya olunmuş yayın potensial enerjisi də qarşılıqlı təsir enerjisidir. Burada , qarşılıqlı təsir qüvvəsi yayın sarğıları arasındakı  F= kx elastiklik qüvvəsidir. Ona görə yayın potensial enerjisi onun k sərtliyindən və x uzanmasından asılıdır.
         Elastiki deformasiya olunmuş yayın potensial enerjisi yayın sərtliyi və onun uzanmasının  ( və ya sıxılmasının) kvadratı ilə düz mütənasibdir.
                                                         E= kx /2
          Öz hərəkəti nəticəsində cismin və ya zərrəciyin malik olduğu enerjiyə kinetik enerji deyilir. Cismin kinetik enerjisi nədən asılıdır sualına cavablandırmaq üçün fizika laboratoriyasında apardığımız təcrübədən alınan nəticəyə əsaslanaraq demək olar ki, müəyyən sürətlə hərəkət edən  kürəcik hamar maili müstəvi üzrə yuxarı qalxır və Yerin cazibə qüvvəsinə qarşı iş görür. Kürəciyə böyük sürət verdik və müşahıdə etdik ki, onun qalxma hündürlüyü artır və ağırlıq qüvvəsinə qarşı daha çox iş görür. Deməli, cismin kinetik enerjisi onun hərəkət sürətindən asılıdır.
       Bərabər radiuslu polad və aliminium kürəciklərə eyni sürət versək, görərik ki, hər iki kürəcik eyni hündürlüyə qalxmır. Lakin polad kürəcik ağır olduğundan Yerin cazibə qüvvəsinə qarşı daha çox iş görür, deməli onun kinetik enerjisi aliminium kürəciyin kinetik enerjisinə nisbətən böyükdür. Bu o deməkdir ki, kinrtik enerji kütlədən asılıdır.
         Kütləsi və hərəkət sürəti böyük olan cismin kinetik enerjisi də böyükdür.
         Cismin kinetik enerjisi onun kütləsi ilə sürətinin kvadratı hasilinin yarısına bərabərdir.
                                                       E= mv/2
         Kütləsi  və hərəkət sürəti böyük olan mərmi daha böyük kinetik enerjiyə malikdir və onun dağıdıcı təsiri daha böyükdür. Hündür bənddən tökülən su böyük kinetik enerjiyə malikdir. Suyun kinetik enerjisi hesabına turbinlər fırlanır və elektrik enerjisi istehsal olunur.
          Araşdırmalar zamanı digər fənn müəllimlərindən olan kimya, tarix müəllimlərindən də məsləhət aldıq.

Nəticələr

              Bizə verilən vaxt başa çatdı. Hər qrup öz araşdırmalarından əıdə olunan nəticələri qeyd etdilər. Belə nəticəyə gəldik ki, Enerji həyatımızın əsasını təşkil edir.İnsanlar ucuz başa gələn enerjilərdən istifadə etmək üçün bir sıra üsullardan istifadə edirlər: günəş enerjisi, külək enerjisi , su enerjisi və s.
          Alınan elektrik enerjisi  hesabına bir sıra yeni texnologiyalar; mobil telefonlar, televizorlar, kompyuterlər, məişət avadanlıqları və digər texnologiyalar işləyir.